- Baxış sayı: 15
- 01 May 2024 16:21
- Baxış sayı: 52
- May 01, 2024
- 0
Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Xoxlov bu ölkənin U-21 komandasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana 0:3 hesabıyla uduzmasına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Əlbəttə, nəticə daha yaxşı ola bilərdi. Çünki Azərbaycana 0:3 hesablı məğlubiyyəti heç kim gözləmirdi. Baş məşqçi Dmitri Xomuxanın oyundan sonra futbolçuların motivasiyasız oynaması barədə açıqlamasını eşitmişəm. Amma bu mənada onunla razılaşmıram. “Dinamo”nun gənclərdən ibarət komandasını çalışdırarkən onlarla bu barədə mütəmadi söhbətlər aparırdım. Onların yığma komandada oynamaq üçün necə alışıb-yandığını da gözlərimlə görmüşəm. Lakin təbii ki, bu, yalnız “Dinamo”dakı gənclərə aiddir və digər klublardan olan futbolçulara cavabdeh ola bilmərəm”.