“Azərbaycanda 2 ilə 1,2 milyon qazana bilərdim, amma içki, narkotik və qızları seçdim”

Niderland millisinin keçmiş futbolçusu Endi van der Meyde Azərbaycanda oynamaq imkanının olduğunu bildirib. Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis karyerasının sonlarında təklif aldığını deyib:

“Azərbaycanda 2 il oynayıb, 1,2 milyon avro qazana bilərdim. Ancaq futbol oynamaq istəmirdim. Hər zaman məşq edə bilmərəm, çünki belədə qidalanmağıma diqqət yetirməli olacaqdım. Mən də yeyib-içməyə qərar verdim. Etiraf edirəm ki, əyləncəni çox sevirəm. Amsterdamda böyük bir evim var idi. Orada ancaq parti məclisi təşkil edirdim. İçki, narkotik, qızlar…”

“Ayaks”ın yetirməsi Niderland yığmasında 17 oyun keçirib. 33 yaşında karyerasını bitirmiş yarımmüdafiəçi “Tvente”, “İnter”, “Everton”, PSV və WKE klublarında forma geyinib.

Həmin kateqoriyadan