“Azərbaycanda insanlar təşvişdədir, bir neçə günə hər yer bağlanacaq”

“Qəbələ”nin futbolçusu Rodriqo Qattas açıqlama verib. Allsport.az xəbər verir ki, çilili futbolçu ADN radiosuna koronavirusla bağlı Azərbaycanda yaranan vəziyyətdən bəhs edib:

“Biz çətin dövr keçiririk. Baxmayaraq ki, koronavirusa yoluxanların sayı digər ölkələrdəki qədər çox deyil. İnsanlar təşvişdədir, bir neçə gündən sonra hər yer bağlanacaq. Hələlik burada vəziyyət normaldı, yaxşı təmin olunmuşuq. İnsanlar maskada gəzir, işləyirlər. Hələlik müvafiq tədbirlər görülməyib.

Çili hazırda özünün çətin dövrlərini yaşayır. Hətta uzaqdan belə bunu görmək çox kədərlidir. Amma fikrimcə, Çilidə virusla bağlı problem Azərbaycandakından ağırdır. Ümidvaram ki, bunu həll etmək olar. Çünki müvafiq tədbirlərin hələ görülmədiyi sezilir”.

Həmin kateqoriyadan