Azərbaycanda işləyən məşqçinin İnstaqramında yarıçılpaq modelin fotosu peyda olub

Yuri Syominin İnstaqramında yarıçılpaq modelin fotosu peyda olub. Allsport.az saytının məlumatına görə, 73 yaşlı futbol məşqçisi onu tanımadığını və heç bir şey yayımlamadığını iddia edir:

“Bəlkə səhifəmi sındırıblar? Mən heç bilmirəm ki, o qız kimdir. Bu paylaşımdan xəbərdar deyiləm. Səhifəmdə belə gözəl qızlar görünəndə çox məmnunam. Əlbəttə, gözəldirsə, hələ ona baxmaq lazımdır. Bu suallarla əlaqəli deyiləm, hekayələrin necə dərc olunacağını belə başa düşmürəm. Bəzən özüm, bəzən də nəvəm paylaşım edir”.

Bununla belə, diqqətli pərəstişkarlar səhifədə incə maqam aşkarlayıblar. Tanınmayan qızın Syomin şirkətinin köynəklərini reklam edir. Beləliklə, onlar, sadəcə özləri üçün qarşılıqlı təbliğat edə biliblər. Bu foto sosial şəbəkədə səs-küy yaratmağı bacarıb, ancaq müxəssis onu tez silib.

Xatırladaq ki, sözü gedən məşqçi 2013-2014 mövsümündə “Qəbələ” klubunun başında olub.

Скриншот

Həmin kateqoriyadan