Azərbaycanda keçirilən oyunlarda artıq “Al Rihla”dan istifadə olunacaq

2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.

Allsport.az xəbərv verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan premyer liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin təsis etdiyi 2022-FIFA dünya çempionatının rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar.

Bu top dünya çempionatı tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

Həmin kateqoriyadan