- Baxış sayı: 26
- 19 İyun 2026 20:30
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

Millətlər liqasının 4-cü turunda Azərbaycanla oyuna Kipr yığması yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, AEK-də (Larnaka) çıxış edən Tomas İoannu komandaya qoşulub.
25 yaşlı müdafiəçi yığmaya gəlməkdən imtina edən İngiltərənin “Nottinqem Forest” klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.
Adalılar oktyabrın 13-də saat 20:00-da Bakıda cavab görüşünə çıxacaqlar. İlk matçda biizmkilər səfərdə 1:0 qalib gəlmişdi.