“Təyyarəçilər”dər biri qayıtdı, üçü oynamaya bilər

İki gün sonra Şüvəlanda “Sumqayıt”la qarşılaşacaq AzAL oyunun hazırlıgını davam etdirir. Allsport.az xəbər verir ki, bu gündən etibarən yetirmələrini təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədovu zədəlilər narahat etməkdədir.

Seymur Rəhimov, Elmin Çobanovun xidmətindən məhrum olan gənc mütəxəssis kapitan Rail Məlikovla baglı həkimlərdən cavab gözləyir. Belə ki, “İnter”lə oyundan sonra əzələsində agrı hiss edən kapitan Məlikovun meydana çıxması oyun günü bəlli olacaq. Bununla belə, cəzalı Emin Cəfərquliyevin yenidən heyətə qayıtması üzləri bir qədər güldürüb. Sabah “AzAL Arena”da oyunqabagı son məşqə çıxacaq AzAL bununla da hazırlıqlara yekun vuracaq.

Qeyd edək ki, Topaz Premyer Liqasının 14-cü turunun AzAL – “Sumqayıt” qarşılaşması noyabrın 28-də “AzAL Arena”da keçiriləcək və saat 14.30-da start götürəcək.

Həmin kateqoriyadan