AzAL milli komandamıza qalib gəldi

AzAL yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, komanda gündə 1 dəfə olmaqla məşq edir.

Ötən gün isə “təyyarəçilər” növbəti yoxlama oyununu keçirib. AzAL 19 yaşa qədər futbolçulardan ibarət (U-19) Azərbaycan millisi ilə qarşılaşıb.

“AzAL Arena”da baş tutan görüşdə Tərlan Əhmədovun komandası rəqibini 3:2 hesabıyla yenib. Hesabı açan və matçda son nöqtəni qoyan U-19 millisi olsa da, AzAL bu aralıqda 3 qol vurmaqla qələbəyə sevinib. Premyer Liqa təsmilçisinin heyətində Elmin Çobanov, Ruslan Nəsirli və Rüfət Musayev fərqlənib.

Həmin kateqoriyadan