AZAL “Sumqayıt”ı, “Zirə” “Xəzər Lənkəran”ı məğlub yola saldı

Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti görüşləri keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə AzAL “Sumqayıt”la qarşılaşıb. Matç meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda “Zirə” “Xəzər Lənkəran”ı qəbul edib. Görüşdə bir qol vurulub. Qonaqların futbolçusunun vurduğu avtoqol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Topaz Premyer Liqası
14-cü tur

28 noyabr (şənbə)

AzAL – “Sumqayıt” – 2:0 (1:0)
Qollar: M.Səttarlı, 20 (1:0). R.Nəsirli, 84 (2:0).
Matçın 38-ci dəqiqəsində A.Ramazanov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. AzAL Arena.

AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 5. Kamil Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 99. Əli Əlimərdanlı.
Baş məşqçi: Samir Abasov.

“Zirə” – “Xəzər Lənkəran” – 1:0 (0:0)
Qol: Z.Mirzəzadə, 49-öz qapısına. (1:0).
Qırmızı vərəqə: E.Rzazadə, 57. N.Bonilya, 59.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov (k), 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 33. Dieqo Souza, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tərzin Cahangirov, 7. Rihayro, 70. Mirkamil Həşimli, 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 66. Eduardo Makiel.
Baş məşqçi: Adil Şükürov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 79. Namiq Qocayev, 99. Mahsum Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: “Kəpəz” – “İnter” – 0:0. 29 noyabr (17:00. “Neftçi” – “Qarabağ”). 30 noyabr (17:00. “Qəbələ” – “Rəvan”).

Bombardirlər:
6
– Riçard Almeyda (“Qarabağ”).
5 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”), Dieqo Martins (“İnter”).

Həmin kateqoriyadan