Bədavi Hüseynov – 200

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov premyer liqada yubiley oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, əlamətdar hadisə 12-ci turun “Qəbələ” ilə matçına (1:1) təsadüf edib.

200-cü görüşünü keçirən 29 yaşlı müdafiəçinin hesabında 4 qol var. Onun debütü 2011/12 mövsümünə təsadüf edib.

Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan Bədavi ölkə çempionatında indiyədək 2 klubda forma geyinib. O, “Sumqayıt”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.

Həmin kateqoriyadan