Bəhmən Həsənov: “Qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir”

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.

Həmin kateqoriyadan