Badminton millimiz Nigeriyada gücünü sınayır

Nigeriyada badmintonçuların “Lagos İnternational-2018” beynəlxalq turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edirlər.

Adı 2-ci çəkilən idmanşı mübarizəyə daha erkən qoşulacaq. Ələmənin ilk görüşündən azad olan Ezmi, 2-ci mərhələdə yerlilər Kabiru Sarkin-Miri Adamu – Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək.

Əsas mərhələdən rəqabətə başlayacaq Edinin rəqibi digər nigeriyalı – Usman Ayo İsiaq olacaq. Mücadiləyə iyulun 21-də yekun vurulacaq.

Həmin kateqoriyadan