Badminton üzrə paytaxt birinciliyi

Bakıda 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında badminton üzrə paytaxt birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, yarışda 32 oğlan və 16 qız iştirak edib.

Oğlanların şəxsi yarışında Anar Hüseynov, qızlarda isə Nəzrin Mehrəlizadə birinci olublar. Qoşa yarışlarda Anar HüseynovVüsal MəmmədliNəzrin MehrəlizadəLeyla Camalzadə tandemi rəqiblərini məğlub edərək qalib adını qazanıblar. Qarışıq-qoşa yarışlarda Anar HüseynovZeynəb Mirzəli cütü qalib gəlib.

Mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

Həmin kateqoriyadan