Bakı olimpiya stadionuna ən yüksək qiymət

Mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalı ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Allsport.az saytı xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında görüş saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan