“Bakı Olimpiya stadionunda yenidən məmnuniyyətlə oynayardım”

Moldova yığmasının yarımmüdafiəçisi Aleksandr Antonyuk Bakıda Azərbaycana qarşı keçirdikləri yoxlaam oyunu ilə bağlı ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Sən Bakıda ilk dəfə olurdun?
– Bəli.

– Bakı Olimpiya stadionunda oynamaq səndə hansı təəssüratlar yaratdı?
– Bakı çox gözəl, inkişaf edən şəhərdir. Orada gördüklərimdən yaxşı mənada təəccübləndim. Yeni, böyük stadionda oynadıq. Mən məmnuniyyətlə yenidən həmin arenada oynayardım. Bakını da yenidən sevinə-sevinə gəzərdim.

– Azərbaycan yığmasında hansı güclü cəhətləri aşkarladın?
– Topa sahib olmaqlarını qeyd edə bilərəm.

– Səncə, Azərbaycan və Moldova futbolunda nə kimi fərqlər var?
– Azərbaycanda hər şeyə çoxlu investisiya yatırılır. Bu, idmanada aiddir. İnfrastruktur, klublar buna görə yaxşı inkişaf edir. Məsələn, onların iki komandası hazırda Avropa Liqasının qrup mərhələsində çıxış edir.

Həmin kateqoriyadan