“Bakı” yeni mövsümlə bağlı planlarını mətbuata açıqladı

“Bakı” futbol klubunun təlim-məşq bazasında 2015/16-cı il futbol mövsümünə hazırlıq, uşaq futbolu sahəsində “Lans” və “Atletiko” klubları ilə birgə əməkdaşlıq nəticəsində hazırlanan yeni layihələr, “Bakı”nın Premyer Liqa, yoxsa I Divizionda çıxış edəcəyi və bəzi mətbuat orqanlarında klubun maddi problemlər səbəbindən fəaliyyətini dayandıracağı ilə bağlı yayılan əsassız xəbərlərə münasibət bildirilib. Allsport.az xəbər verir ki, əvvəlcə klubun icraçı direktoru Yaşar Seyidov çıxış edərək mətbuat nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

Sonra klubun yeni mövsümlə bağlı bütün planlarını əhatə edən geniş məlumat diqqətə çatdırılıb. Brifinqin sonunda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Həmin kateqoriyadan