Bakıda atıcılıq qaydalarında sınaq dəyişiklikləri

Beynəlxalq atıcılıq idmanı federasiyası, İtaliyanın Lonato şəhərində keçirilən dünya kubokundan sonra, stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.

Allsport.az saytı xəbər verir ki, təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir. Özəlliklə, VAR, heyətlərin püşkatması və marker lenti qaydaları diqqətdədir.

Təklif olunan düzəlişlər təşkilatçıları ilə razılaşdırıldıqdan sonra, Azərbaycanın paytaxtında sınaqdan keçiriləcək. Nəticədən asılı olaraq, Paris-2024 oyunları başlamazdan əvvəl, müvafiq qaydalara dəyişikliklər edilə bilər.

Həmin kateqoriyadan