Bakıdakı konqres başladı

Allsport.az xəbər verir ki, bu gün Avropa badminton konfederasiyasının Bakıda keçirilən konqresi işinə başlayıb.

Konqresə açılış mərasimi start verilib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov qonaqları salamlayaraq, konqres iştirakçılarına uğurlar arzulayıb.

Ardınca böyük monitorda Azərbaycan badmintonun keçdiyi tarixi yol və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

21-22 apreldə keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir.
Konqres çərçivəsində Avropa badminton konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunmaqla yanaşı Avropa badminton konfederasiyasına prezident seçkiləri keçiriləcək. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.

Həmin kateqoriyadan