- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Qəbələ” yeni mövsümə hazırlığın sonuncu mərhələsinə start verib. Allsport.az saytı xəbər verir ki, bu gün “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Günün ikinci yarısına təsadüf edən hazırlıq “Bakı”nın təlim-məşq bazasında keçirilib.
Çalışmada futbolçular öncə fiziki çalışmaları yerinə yetirib, ardınca toplu hərəkətləri icra edib. Avropa liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə oyununda zədələnən Voyislav Stankoviç fərdi hazırlıq keçib.