“Bakı”nın keçmiş baş məşqçisi yenidən paytaxtda

“Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç çempionlar liqasının “C” qrupunda keçiriləcək “Qarabağ” – “Atletiko” oyununu izləmək üçün Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, onu Heydər Əliyev  adına Beynəlxalq Hava Limanında “zolaqlılar”ın vitse-preizdenti Yaşar Seyidov qarşılaşıb.
Səfərdə məqsəd “Atletiko” – “Qarabağ” görüşünü izləmək və Bakı Futbol Akademiyası ilə gələcək əməkdaşlığı müzakirə etməkdir. “Hindular”ın əfsanələrindən olmuş Pantiç 2013-cü ildə Hafiz Məmmədovun sahib olduğu komandanın sükanı arxasına keçənə qədər “Atletiko”nun əvəzedici heyətini çalışdırıb.

Həmin kateqoriyadan