“Bakı”nın keçmiş məşqçisi “Neftçi”də

“Neftçi”nin məşqçilər heyətinə yeni təyinat olub. Allsport.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

2013-2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və “B” komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” “B” (2015-2016) və Çinin “Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. O, UEFA-nın PRO kateqoriyasına malikdir.

Həmin kateqoriyadan