- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
İlk mərhələdə “Bremer”i 3:0 hesabıyla keçən frankfurtlular bu dəfə də səfərdə “Ersgebirge” ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Frankfurt klubu kubokda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Balayev hazırda zədəli olduğundan komandasının oyunlarında iştirak etmir.