VİDEO
Balayev: “Özümü “Ayntraxt”da yaxşı tərəfdən göstərməyə çalışıram”

“Neftçi”nin qapıçısı Emil Balayev artıq bir neçə gündür Almaniyanın “Ayntraxt” klubunun heyətində baxışdadır. Allsport.az xəbər verir ki, gənc qolkiper bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Artıq 10 gündür ki, “Ayntraxt”ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək “Ayntraxt”ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra “Neftçi”nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəyəm və karyeramı Bundesliqada davam etdirəcəyəm”.

Emil Balayevin “Ayntraxt”ın düşərgəsindəki məşqindən video görüntüləri təqdim edirik:

Həmin kateqoriyadan