Medal sıralaması: Azərbaycan ikinci pillədə

Medal sıralaması: Azərbaycan ikinci pillədə

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunları davam edir.

Allsport.az xəbər verir ki, yarışın ilk günündən sonra Argentina 1 qızıl və 1 bürünc medalla medal sıralamasında liderdir.

Azərbaycan, Ekvador, Misir, Yeni Zelandiya, Rusiya, Türkiyə və Ukrayna hərəyə bir qızıl medal qazanaraq 2-ci yeri bölüşdürürlər.

55 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Talıbov Azərbaycan komandasına olimpiadanın ilk qızıl medalını qazandırıb.

Noyabrın 13-dək davam edəcək Dəkər-2026-da Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Həmin kateqoriyadan