Balayevin komandası yenə xal itkisi ilə üzləşdi

Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi səfərdə “Hoffenhaym” ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ayntraxt” hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan