Balde barədə qərar verildi

“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde daha əvvəl müdafiəçi mövqeyini gücləndirmək üçün “Mançester Siti”nin qısa siyahısında idi.

Allsport.az xəbər verir ki, “şəhərlilər” uzun müzakirələrdən sonra ispaniyalının namizədliyindən imtina etmək qərarına gəliblər. Əvvəllər bildirilmişdi ki, “Barselona” borclarını ödəmək və bəzi transferləri maliyyələşdirmək üçün gələn yay Baldeni satmağa hazır olacaq. Bu səbəbdən kataloniyalılar 20 yaşlı sol cinah müdafiəçisinə 80 milyon avro qiymət qoyub.

Cari İspaniya çempionatında Alexandro 17 oyun keçirib və burada 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan