“”Barselona”da heç kim istirahət etmir”

“Barselona”nın baş məşqçisi Xavi la liqada “Atletiko Madrid” üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasını tərifləyib:

“Bəlkə də “Barselona”nın ən mükəmməl oyunu idi. Bu görüş “Napoli” ilə oyuna bənzəyirdi. Oyunu yaxşı başa düşdük, Levandovski çox fəal idi, Fermin, Joao… Sərbəst zonalara yaxşı hücum etdik. Bu, bizim metodologiya və oyun fəlsəfəmiz baxımından mükəmməl uyğunluqdur.

“Barselona”da heç kim istirahət etmir. Futbolçulara həmişəkindən daha çox təzyiq göstərəcəyəm. Xüsusilə mən gedəndən sonra.

Çalışacağıq ki, təkmilləşək və ən vacib 2 kubok uğrunda mübarizə aparaq”.

Həmin kateqoriyadan