- Baxış sayı: 32
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Robert Levandovskinin yay transfer pəncərəsində “Barselona”dan ayrıla biləcəyi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.
Allsport.az xəbər verir ki, 35 yaşlı hücumçu gələcəyi ilə bağlı dəqiq cavab verməklə həmin söz-söhbətlərə son qoyub:
“Gələcəyim çox aydındır: “Barselona”da qalacağam. Bu realdır”.
Levandovski 2022-ci ilin yayından “narıncılar”da çıxış edir. O vaxtdan bəri polşalı forvard 84 rəsmi oyun keçirib, 52 qol vurub və 15 məhsuldar ötürmə edib.