FOTO
Baş sponsor WKF, AKF və MKF rəhbərliyi ilə görüşüb

Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espionos və Avropa Karate Federasiyasının baş katibi Stepan Selan Bakıya növbəti səfəri zamanı, Milli Karate Federasiyasının baş sponsoru Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev ilə görüşüblər. Allsport.az saytı karate.az-a istinadən xəbər verir ki, MKF prezidenti Yaşar Bəşirov da görüşdə iştirak edib.

ABB İdarə heyətinin sədri Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, həmçinin qazanılan yüksək nəticələrin ölkə prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində əldə edildiyini nəzərə çatdırıb.

Antonio Espinos Azərbaycan karate idmanının ilbəil artan uğurlarından razı qaldığını, federasiyanın bir çox ölkələrə nümunə ola biləcək fəaliyyətindən məmnun olduğunu və Avopra oyunlarında da yüksək nəticələr qazanacağına inandığını ifadə edib. O həmçinin hərtərəfli dəstəyə görə, baş sponsor ABB rəhbərinə minnətdarlığını bildirib. Görüş zamanı Antonio Espinos Dünya Karate Federasiyası Texniki komitəsinin yeni üzvü Yaşar Bəşirova rəsmi nişanı təqdim edib.

Görüşün sonunda qonaqlara Azərbaycanın rəmzlərini əks etdirən xatirə hədiyyələri verilib.

IMG-20141121-WA0003 IMG-20141121-WA0010 IMG-20141121-WA0012 IMG-20141121-WA0013

Həmin kateqoriyadan