Jurnalist onu cinsi qısnamada ittiham etdi: “Başımı itələdi və məni öpmək istədi”

Braziliyalı jurnalist Juselle Kimpel, “İnternasional” maskotuna qarşı onu cinsi qısnamada ittiham edərək polisə şikayət edib.

Allsport.az xəbər verir ki, hadisələr fevralın 25-də baş tutan və “Kolorado”nun 3:2 hesablı qələbəsi ilə başa çatan “İnternasional” – “Qremio” matçında baş verib.

Bu barədə Kimpel özü açıqlama verib:

“Mən meydanın o tərəfində yeganə qadın idim. Başqa jurnalistlər də var idi, ancaq o, mənimlə maraqlanırdı. “İnternasional” qol vuranda onların talismanı yanımda dayandı və sadəcə məni qucaqladı. Üzərində maska ​​olsa belə, başımı itələdi və məni öpmək istədi. Öpüş səsini eşitdim və tərinin iyini aldım”.

Kimpelin ifadəsinə görə, polis artıq cinsi qısnama maddəsi ilə iş açıb. Jurnalist sosial şəbəkələrdəki paylaşımında sona qədər gedəcəyini bildirib ki, bir daha heç bir qadın bunu yaşamasın.

Həmin kateqoriyadan