- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Bavariya”nın müdafiəçisi Alfonso Devis çempionlar liqasında “Feyenoord”la matçda (3:0) zədə alıb.
Allsport.az xəbər verir ki, kanadalı futbolçu tibbi müayinədən keçib və müayinə zamanı ona sol budunun əzələ lifinin qopması diaqnozu qoyulub.
Devisin geri qayıtması üçün dəqiq vaxt verilməyib. Bununla belə onun ən azı bir ay yaşıl meydanlardan kənar qalacağı dəqiqdir.