- Baxış sayı: 30
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Sabah” Azərbaycan premyer liqasının XIII turunda “Turan Tovuz”a qalib gəlib.
Allsport.az xəbər verir ki, 3:2 hesablı səfər qələbəsi Bakı klubu üçün üçqat yubileylə əlamətdar olub.
Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi premyer liqada 60-cı dəfə üç xal qazanıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi ilə yadda qalıb.
Bakılılar “60”a 153-cü, “30”a 77-ci oyununda çatıb. Bu qarşılaşmada vurulan ilk top da klub tarixinə düşüb. Davit Volkovun hesabı açması ilə “bayquşlar” premyer liqada 200-cü qolu vurub.