- Baxış sayı: 30
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi ilk matçında Rumıniya “Rapid”i (Buxarest) ilə qarşılaşacaq.
Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), “Mardan” idman kompleksinin ehtiyat meydançasında baş tutacaq.