Namiq üçün əlamətdar görüş

“Sabah”ın futbolçusu Namiq Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, onun yubileyi Azərbaycan premyer liqasının XIV turuna təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb. Namiq premyer liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.

O, Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 148-ci futbolçudur.

Həmin kateqoriyadan