- Baxış sayı: 31
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Topaz premyer liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu start verib.
Allsport.az saytı xəbər verir ki, 2014/2015 mövsümünə 9 xalla başlayan komanda 2015/2016 mövsümünün ilk üç oyununda 4, 2016/2017-də 3 xal toplayıb. 2017/2018-in ilk üç matçında isə ümumiyyətlə xal qazanmayıb.
Qeyd edək ki, bu mövsüm “Sumqayıt” (2:0), “Qələbə” (2:1) və “Qarabağ” (1:1) ilə qarşılaşan “Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.