“Bazel”in hücumçusu “Neftçi”yə keçməkdən imtina edib

“Neftçi”nin baş məşqçisi Samir Abbasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olub. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis hücumçu axtarışında olduqlarını deyib:

“Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər. Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin “Bazel” klubunun üzvüdür.

Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı. Hazırda axtarışlar davam edir və bir hücumçu ilə danışıqlar gedir”.

Həmin kateqoriyadan