Belçika – İsveç oyununun aqibəti necə olacaq?

Avro-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu ilə bağlı qərar verilib.

Allsport.az xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində 2 nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən “F” qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.

Həmin kateqoriyadan