Belçikada futbol başa çatdı

Belçika çempionatı 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb. Allsport.az xəbər verir ki, turnir cədvəlinin lideri “Brügge” çempion elan olunub.

Komanda növbəti mövsüm çempionlar liqasının qrup mərhələsində iştirak edəcək. “Şarlerua”, “Antverpen” və “Standard” Avropa liqasında mübarizə aparacaq.

Turnir cədvəlinin sonuncusu “Vasland-Beveren” isə aşağı liqaya göndərilib. Yüksək liqaya “Beersxot”, OHL və ya “Vesterlo” klublarından biri vəsiqə qazanacaq.

Həmin kateqoriyadan