Bellingem “Real”da nə qədər qazanır? 20 yaşında fantastik rəqəm!

2023-cü ilin yayında Cud Bellingem “Borussiya”dan “Real”a keçdi (klub transfer üçün 103 milyon avro ödədi) və dərhal klubun ən parlaq oyunçularından birinə çevrilib.

Allsport.az xəbər verir ki, cəmi 6 ay ərzində o, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

Hazırda “Transfermarkt”a görə Bellingem 180 milyon avro dəyərində qiymətləndirilir. Yəni Holand və Mbappe ilə birlikdə dünyanın ən bahalı futbolçusudur.

Təxmin etdiyiniz kimi, Cud statusuna uyğun maaş alır. 20 yaşında istənilən futbolçu belə pulu ancaq xəyal edə bilərdi.

O, “kral klubu” ilə 6 illik müqaviləyə görə vergilərdən sonra ilinə 10-12 milyon avro qazanır. Onun son maaşı bonusların miqdarından asılıdır.

Həmin kateqoriyadan