Benzemanı Ərəbistana aparan səbəb

2023-cü ilin iyulunda “Real”ın əfsanəvi hücumçusu Kərim Benzema bir çox ulduzlardan nümunə götürərək Avropanı, Səudiyyə Ərəbistanına dəyişdi.

Allsport.az xəbər verir ki, orada fransalı “Əl-İttihad”la 3 illik müqavilə imzaladı. O, bu qərarının səbəbini izah edib:

“Mən müsəlmanam, bura müsəlman ölkəsidir və mən burada yaşamaq istəyirəm. Artıq sevildiyimi hiss etdiyim müsəlman ölkəsində olmaq vacibdir, bu mənə yeni həyata başlamağa imkan verəcək. Ərəb dilində sərbəst danışmaq istəyirəm, bu mənim üçün əsasdır. Bir çox başqa şeylər də var. Sevinirəm ki, Səudiyyə Ərəbistanındayam, Məkkə yaxınlıqdadır. Mən inanclı insanam”.

Amma görünür, bundan başqa forvardın başqa əsaslı səbəbi var idi. Axı Səudiyyə Ərəbistanında ona fantastik müqavilə təklif etmişdilər.

Kərimin nə qədər qazandığı dəqiq bilinmir, media müxtəlif rəqəmlər səsləndirir. “Foot Mercato”nun məlumatına görə, forvard Səudiyyə Ərəbistanında ildə 27,5 milyon avro qazanır. Ancaq əksər nəşrlər ulduzun qazancının daha yüksək olduğuna əmindir. “El Mundo”nun məlumatına görə, Benz ildə 100 milyon avro qazanır. Eyni zamanda, fransalı bütün marketinq hüquqlarını özündə saxlayır, üstəlik onun iqamətgahının xərcləri klub tərəfindən ödənilir.

Həmin kateqoriyadan