Beqoviç: “Prosineçki ikiüzlü adam idi”

Əsmir Beqoviç uzun fasilədən sonra Bosniya və Herseqovina millisinə dəvət alacaq. Allsport.az xəbər verir ki, 32 yaşlı qapıçı Bosniya mətbuatına açıqlamasında yığmanın sabiq baş məşqçisi Robert Prosineçkini ikiüzlülük etdiyini deyib:

“Yığmanın baş məşqçisi Duşan Bayeviç və köməkçiləri məni ziyarət etdi. Əgər məşqçi səninlə görüşürsə, hər şeyin düzünü deməlidir. Bu, ən yaxşı yoldur. Bayeviç də oyunçularla açıq danışan biridir. Hər zaman millidə olmuşam, ancaq son baş məşqçi Robert Prosineçki ikiüzlü adam idi.

Mənə və mətbuata başqa sözlər deyirdi. Onun bu hərəkətinə layiq deyildim. İndi ən vacib amil problemləri həll etməkdir. Hamımız Avropa çempionatını arzu edirik. Bunu gerçəkləşdirmək üçün imkanlarımız var”.

Müqavilə ilə “Bornmut”a məxsus olan Beqoviç mövsümün ilk yarısını “Qarabağ”da keçirib. Hazırda “Kayserispor”u çalışdıran Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, ötən il Bosniya və Herseqovina yığmasından ayrılıb.

Həmin kateqoriyadan