Avropa badminton konfederasiyasının konfransında

Çex Respublikasının paytaxtı Praqada ˝Shuttle Time˝ tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı Avropa badminton konfederasiyası (ABK) tərəfindən həyata keçirilib. Yığıncaqda ABK-in üzvü olan 15-ə yaxın ölkənin proqram üzrə milli koordinatorları iştirak edib.

Tədbirdə Azərbaycan badminton federasiyasını ˝Shuttle Time Azerbaijan˝ proqramının milli koordinatoru Pərvin Piriyev təmsil edib. Konfrans zamanı iştirakçılara proqram çərçivəsində son illərdə əldə olunmuş nəticələr barəsində məlumat verilib, proqramın inkişafı istiqamətində işçi qruplar şəklində müzakirələr aparılıb.

Qrup işləri zamanı iştirakçılara proqramın Azərbaycanda fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmin kateqoriyadan