“Bir anda kollektiv daxilində pozitiv mühit yarandı”

“Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq.  Biz “Qarabağ” klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən “Qarabağ” Ağdam olaraq vurğulanacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu baş məşqçi Qurban Qurbanov Türkiyənin “İxlas” xəbər agentliyinə deyib. Ağdamın işğaldan azad olunmasına münasibət bildirən 48 yaşlı mütəxəssis, artıq qaçqın komanda adının “Qarabağ”ın üzərindən götürüldüyünü bildirib:

“Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda ali baş komandanımız olmaqla, ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. Özüm və komandam adından hər birinə təşəkkür edirəm”.

Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan “Qarabağ” ev oyunlarını Bakıda keçirib.

Həmin kateqoriyadan