- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

Sabah millimiz Tofiq Bəhramov adına respublika stadionunda Avro-2024-ün seçməsində Avstriya futbolçularını qarşılayacaq. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında kapitan Emin Mahmudov açıqlama verib:
“Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Avstriya yığması fəal futbol oynayır. İstəyirik ki, yaxşı nəticələri davam etdirək. Sabah meydana qələbə üçün çıxacağıq.
Bir-birimizə yaxın, çox sıx oynamalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Yaxşı ara ötürmələri verirlər. Arxada top itirməməliyik. Çalışacağıq ki, rəqibə çox şans verməyək. Avstriya çox yaxşı komandadır”.