“Bir epizod buraxdıq, o da qola səbəb oldu”

Bu gün “Neftçi” premyer liqanın 6-cı turunda “Araz-Naxçıvan”a 0:1 məğlub oldu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Adrian Mutu bunu dedi:

“Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Nəticə də belə alındı. Halbuki, oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız yarandı. Düzgün dəyərləndirə bilmədik.

Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Dəyişikliklər olur. Amma sırf bu gün keçirilən “Araz-Naxçıvan”la görüşdə, rəqibə təhlükəli epizod vermədik. Sadəcə penalti oldu”. 

Həmin kateqoriyadan