“Birbaşa Bakı” – çempion

Minifutbol üzrə ölkə çempionatında 2023/24 ci il mövsümünə yekun vurulub

Allsport.az xəbər verir ki, 16 komandanın mübarizə apardığı ölkə çempionatının qalib və mükafatçıları müəyyənləşib.

Yarışın həlledici qarşılaşmasında “Aznur” və “Birbaşa Bakı” komandaları görüşüb. Oyun “Birbaşa Bakı”nın 5:2 hesablı qələbəsi ilə nəticələnib. Beləliklə də “Birbaşa Bakı” ardıcıl 3-cü dəfə çempion adına layiq görülüb və ölkəmizi çempionlar liqasında təmsil etmək hüququ qazanıb.

Ölkə çempionatının bürünc medalına isə “Odlar Yurdu” komandasına qalib gələn “Real”Bakı futbolçuları sahib çıxıblar. Qeyd edək ki, “Birbaşa Bakı” komandasının üzvləri Vəli Qafarov mövsümün ən yaxşı qapıçısı, Təmkin Xəlilzadə isə ən yaxşı futbolçusu adına layiq görülüb. Çempionatın ən məhsuldar futbolçusu isə 26 qolla “Zirə”nin futbolçusu Rəvan Kərimov olub.

Həmin kateqoriyadan