“Kənardan baxanda da görünürdü ki, biz üstünük“

Bu gün “Kəpəz” premyer liqasının 9-cu turunda səfərdə “Sumqayıt”a 0:1 uduzub. Allsport.az xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Məmmədov açıqlama verib:

“Bizim üçün çox vacib oyun idi. Bizə xal lazım idi. Xal ehtiyatını artırmağı düşünürdük. Sumqayıta qələbə üçün gəlmişdik. Uşaqlar əsasən də birinci hissə yaxşı oynadılar. Kənardan baxanda da görünürdü ki, biz üstünük.

İkinci hissə başlayanda futbolçular təşəbbüsü əldən verdilər. Amma sonra yenə vəziyyət düzəldi. Məğlubiyyət alınası oyun deyildi. Amma reallıq budur ki, uduzduq”.

Həmin kateqoriyadan