“Biz də Azərbaycan qədər xoşbəxtik”

Sabah “Sivasspor” Avropa liqasının “İ” qrupunun 4-cü turunda İstanbulda “Qarabağ”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “Başağşəhər Fateh Tərim” stadionunda keçirilmiş mətbuat konfransında rəqib baş məşqçi Rza Çalımbəy bunu deyib:

Əvvəla, təəssüf edirik ki, Azərbaycan, Qarabağ müharibə vəziyyətindədir və insanlar ölür. Nəhayət, qələbə çaldılar. Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Biz də onlar qədər xoşbəxtik. Hər kəs qazanmaqdan başqa bir şey düşünməz. Yoldaşlıq görüşü olacaq. Qardaş qardaş matçımızı da oynayacağıq. Qalib olmaq istəyirik.

Hər 2 komanda üçün qələbə vacibdir və bərabərlik burda işləmir. Rəqibin çempionlar liqasında oynadığını və təcrübəli olduğunu bilirik. İlk oyunu yaxşı oynadıq. Eyni şəkildə davam edəcəyik. Bizim üçün əla bir fürsətdir. Qazandığımız halda, yaxşı imkanımız olacaq. “Villarreal” da qalib gəlsə yaxşı fürsət qazanacağıq. Tək düşüncəmiz sürətli oynamaq və qazanmaqdır”.

Həmin kateqoriyadan