- Baxış sayı: 45
- 28 Sentyabr 2023 22:53
- Baxış sayı: 30
- Sentyabr 28, 2023
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, premyer liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra bunu açıqlayıb:
“Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi. Milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildilər. Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Fikirləri tam olaraq oyunda oldu. Təbrik edirəm, rəqibə uğurlar arzulayıram.