- Baxış sayı: 41
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 219
- Noyabr 09, 2026
- 0

Bu gün Azərbaycan premyer liqasında 10-cu tura yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, Qəbələnin eyni adlı komandası evdə “Araz Naxçıvan”ı qəbul etdi. Hesabı ilk hissədə qonaqlar açdı.
Turan Manafov (32 dəq) fərqləndi. Qoldan 5 dəqiqə sonra “Qəbələ”nin futbolçusu Samüel Tetteh hesabı bərabərləşdirdi. Amma “Araz Naxçıvan” sakit dayanmadı, Məhəmməd Qədirinib (44 dəq) sayəsində yenidən önə keçdi.
Oyunda qaynama 2-ci yarıda da davam etdi. “Ağlar” təzyiqi artıraraq, daha 2 top vurdular – Elvis Maşike (69 dəq) və Miço Kuzmanoviç (72 dəq) fürsəti düzgün dəyərləndirdilər.
“Qəbələ” ruhdan düşmədi və 80-ci dəqiqədə Lukas Aftikonun dəqiq zərbəsi ilə fərqi azaltdı.